Redaktor seçimi
Həyat yoldaşı «Yelobank»ın sahibi olan millət vəkili Sevinc Fətəliyevanın hakimlərə təzyiqinin sirri açıldı… -
"David Seliverstov“un israilli cütlüyə qarşı 200 minlik dələduzluğu –
"EVRASCON" ASC dövlətin pulun kanalizasiyalarda belə “yuyur”:
Muzey direktoru Səhiyyə Nazirliyinə qarṣı: Ya Mən, ya heç kim. 300 illik eksponat isə yoxa çıxıb –
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Günün xəbəri

Müharibə başladı...

Pakistan və Əfqanıstan arasında müharibə: Gərginlik artdı – VİDEO

Bu səhər Əfqanıstan dronları Pakistan ordusunun bazasına zərbə endirib.

Yenixeber.org: Bu barədə “Ariana News” Telegram kanalı məlumat yayıb.

Kanalın məlumatına görə, Pakistan qoşunlarının, silah və sursat anbarlarının yerləşdiyi bu Kohat qalası dəqiq zərbə ilə hədəfə alınıb və bütün hədəflər məhv edilib.

“Bundan əlavə, qaladan təxminən iki kilometr aralıda Pakistan komandanlıq qərargahı və qala komandirinin evi də dəqiq zərbə alıb və məhv edilib”, – “Ariana News” qeyd edib.

Öz növbəsində Pakistan da Əfqanıstana cavab verib.

“The Times of India” qəzetinin Əfqanıstan polisinə istinadən verdiyi məlumata görə, Pakistanın Əfqanıstanın paytaxtı Kabilə hava hücumları nəticəsində 4 nəfər ölüb, 15 nəfər yaralanıb.

Eyni zamanda, TOLO News xəbər verir ki, hava hücumları nəticəsində Qəndəhar, Paktiya və Paktika əyalətlərindəki hədəflərə zərbə ednirilib. Qəndəhar hava limanı yaxınlığındakı Kam Air yanacaq anbarına da zərbə endirilib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam