Redaktor seçimi
Ramin İsayevin 100 milyonluq sərvəti var imiş –
Həyat yoldaşı «Yelobank»ın sahibi olan millət vəkili Sevinc Fətəliyevanın hakimlərə təzyiqinin sirri açıldı… -
"David Seliverstov“un israilli cütlüyə qarşı 200 minlik dələduzluğu –
"EVRASCON" ASC dövlətin pulun kanalizasiyalarda belə “yuyur”:
Muzey direktoru Səhiyyə Nazirliyinə qarṣı: Ya Mən, ya heç kim. 300 illik eksponat isə yoxa çıxıb –
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Günün xəbəri

Fuad Nəcəfli həbs edilə bilər:Naxçıvanda taxıl qalmaqalı...

Naxçıvanda taxıl qalmaqalı: Fuad Nəcəflinin həbsinə hazırlıq gedir

Naxçıvan Taxıl Məhsulları MMC-nin icraçı direktoru Şakir Tarverdiyev həbs olunub.

Yenixeber.org: Şakir Tarverdiyev 10 min tondan artıq taxılı 6 milyon 500 yüz min manata sataraq pulu mənimsəyib. Bu işi o, Naxçıvan Muxtar Respublikasında Azərbaycan Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəflinin göstərişi ilə edib.

Nəticədə Naxçıvanın taxıl ehtiyatları tükənib.

Şakir Tarverdiyevə Cinayət Məcəlləsinin 179.4-cü (Mənimsəmə və ya israf etmə, xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə) və 308.2-ci (Vəzifə səlahiyyətlərindən sui-istifadə, ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittiham elan edilib və barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Mötəbər mənbənin məlumatına görə, Ali Məclis sədrinin birinci müavini Bəxtiyar Məmmədov və səlahiyyətli nümayəndənin müavini Samir Seyidəhmədlidən məsələ ilə izahat alınıb.

Taxıl satılarkən Bəxtiyar Məmmədov Naxçıvan Muxtar Respublikasının baş nazirinin müavini olub və bu sahəyə nəzarət edib.

Ötən il noyabrın 12-də ölkə başçısının sərəncamı ilə Naxçıvan Muxtar Respublikasında Azərbaycan Prezidentinin səlahiyyətli nümayəndəsi vəzifəsindən azad edilən Fuad Nəcəflinin də istintaqa cəlb edildiyi və həbsinə hazırlıq getdiyi qeyd edilir.(teleqraf)



Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam