Redaktor seçimi
Həyat yoldaşı «Yelobank»ın sahibi olan millət vəkili Sevinc Fətəliyevanın hakimlərə təzyiqinin sirri açıldı… -
"David Seliverstov“un israilli cütlüyə qarşı 200 minlik dələduzluğu –
"EVRASCON" ASC dövlətin pulun kanalizasiyalarda belə “yuyur”:
Muzey direktoru Səhiyyə Nazirliyinə qarṣı: Ya Mən, ya heç kim. 300 illik eksponat isə yoxa çıxıb –
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Günün xəbəri

Donetsk vilayətinə hücum başladılıb

Rusiya tankları
Rusiya qoşunları 2026-cı ilin yaz-yay mövsümü üçün planlaşdırılmış hücumu Ukraynanın Donetsk vilayətində yerləşən əsas müdafiə xətti – “qalalar zolağı”na qarşı başladıb.

Yenixeber.org: Bu barədə Müharibənin Öyrənilməsi İnstitutunun (ISW) analitikləri məlumat veriblər.

Hesabatda qeyd olunur ki, Rusiya qoşunları Liman istiqamətində quru əməliyyatlarına başlayaraq şimal-şərqdən Slavyansk şəhərinə doğru irəliləməyi hədəfləyir: “ Bu addım ehtimal ki, növbəti mərhələlərdə Slavyanska şərq və cənub-şərqdən hücum üçün şərait yaratmağa xidmət edir.”

Liman Slavyanska gedən yolda əsas dayaq məntəqəsi hesab olunur və həm Slavyanskın, həm də Kramatorskun ələ keçirilməsi üçün Rusiya qüvvələri üçün dayaq nöqtəsi rolunu oynaya bilər.

Analitiklər bildirirlər ki, Rusiya qoşunları eyni zamanda Kramatorsk və Konstantinovka istiqamətlərində də quru əməliyyatlarını gücləndirmək üçün şərait yaradır. Məqsəd “qalalar zolağı”na cənubdan hücum etməkdir.

Yəni sadə dildə desək: Rusiya yalnız bir istiqamətdən deyil, həm şimal-şərqdən (Liman tərəfdən), həm də cənubdan (Kramatorsk və Konstantinovka istiqamətlərindən) hücumu genişləndirməyə çalışır. Bu isə Ukraynanın əsas müdafiə xəttini bir neçə tərəfdən sıxışdırmaq strategiyasıdır.(UNİAN )


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam