"Rafinə olunmuş mis istehsalçıları arasında ilk onluğa daxil olacağıq"

Qazaxıstan nəhəng faydalı qazıntı ehtiyatlarına malikdir və ölkə bu təbii sərvətlərdən səmərəli istifadə etməlidir.
Yenixeberorg.az xəbər verir ki, bu barədə bu ölkənin Prezidenti Kasım-Jomart Tokayev bildirib.
Onun sözlərinə görə, ölkədə 9,5 mindən çox yataq var, hər il 160 milyon tona yaxın filiz hasil edilir, təqribən 3,5 milyon ton mis konsentratı istehsal olunur:
"Yerli emal sənayesi əhəmiyyətli artım nümayiş etdirir. Ötən il sektorun məhsul həcmi 60 milyard ABŞ dollarına çatıb. Son üç ildə ölkənin bütün regionlarında 540 sənaye layihəsi həyata keçirilib. Nəticədə 50 minə yaxın daimi iş yeri yaradılıb. Bu gün biz daha bir əhəmiyyətli sənaye layihəsinin (Aktoğay misəritmə zavodunun tikintisi - red.) icrasına başlayırıq".
K.Tokayev qeyd edib ki, yeni zavod Qazaxıstan iqtisadiyyatının inkişafına əlavə təkan verəcək:
"Yeni müəssisənin gücü ildə 300 min ton katod misi təşkil edəcək. Bu, daxili bazarın tələbatını tam ödəyəcək. Zavod işə salındıqdan sonra Qazaxıstan yüksək keyfiyyətli rafinə olunmuş mis üzrə dünyanın aparıcı istehsalçılarının onluğuna daxil olacaq. Bundan əlavə, müəssisə qızıl və sulfat turşusu istehsal edəcək. Belə irimiqyaslı layihənin həyata keçirilməsi yerli metallurgiyanın inkişafına mühüm töhfə verəcək".








AZ
RU