Redaktor seçimi
Həyat yoldaşı «Yelobank»ın sahibi olan millət vəkili Sevinc Fətəliyevanın hakimlərə təzyiqinin sirri açıldı… -
"David Seliverstov“un israilli cütlüyə qarşı 200 minlik dələduzluğu –
"EVRASCON" ASC dövlətin pulun kanalizasiyalarda belə “yuyur”:
Muzey direktoru Səhiyyə Nazirliyinə qarṣı: Ya Mən, ya heç kim. 300 illik eksponat isə yoxa çıxıb –
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Günün xəbəri

Odessaya kütləvi dron hücumu... -2 nəfər ölüb, 14 yaralı var

Odessaya kütləvi dron hücumu nəticəsində 2 nəfər ölüb, 14 yaralı var
Aprelin 24-nə keçən gecə Rusiya ordusu Ukraynanın Odessa şəhərinə pilotsuz uçuş aparatları ilə hücum edib.

Yenixeberorg.com: Şəhər gecə ərzində bir neçə dəfə dronlarla hədəf alınıb.
PUA-ların yaşayış məntəqələri üzərində uçduğu bildirilir.

Ukrayna Dövlət Fövqəladə Hallar Xidmətinin Odessa vilayəti üzrə idarəsindən verilən məlumata əsasən, hücumlar nəticəsində ilkin məlumatlara görə 2 nəfər həlak olub, 14 nəfər yaralanıb.

Zərbələrin əsasən yaşayış binalarına və mülki infrastruktura yönəldiyi qeyd olunur.

Hücum zamanı 3 mərtəbəli yaşayış binasına düşən zərbə nəticəsində mənzillər dağılıb və yanğın baş verib.

Bu hadisə nəticəsində 6 nəfər xəsarət alıb. Bundan əlavə, iki 2 mərtəbəli yaşayış binası da dağılıb. Ərazidən 1 nəfər xilas edilib, 20 nəfər, o cümlədən 2 uşaq təxliyə olunub.

Bu istiqamətdə daha 7 nəfərin yaralandığı bildirilir.

Hadisə ilə bağlı araşdırma aparılır.(UNİAN)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam