Kəşfiyyat məlumatları “Xocar” raket kompleksi də daxil olmaqla bir neçə yeraltı obyektdə fəaliyyətin olduğunu göstərir
Yenixeberorg.biz: İran yenidən yeraltında ballistik raketlər yığır və müharibədən əvvəl ehtiyatda saxladığı hissələrdən istifadə edir. Bu barədə "The Wall Street Journal" qəzeti Amerika rəsmilərinə və Yaxın Şərqdəki mənbələrə istinadən məlumat yayıb.
Qəzetin mənbələrinə görə, raket fabriklərinə və anbarlarına kütləvi zərbələrə baxmayaraq, iranlılar həm buraxılışdan bir az əvvəl yanacaqla doldurulan maye yanacaqlı raketlər, həm də buraxılışa hazır şəkildə saxlanıla bilən bərk yanacaqlı raketlər yığırlar.
Kəşfiyyat məlumatları ölkənin cənub-şərqindəki “Xocar” raket kompleksi də daxil olmaqla bir neçə yeraltı obyektdə fəaliyyətin olduğunu göstərir. Bundan əlavə, Tehran amerikalılara məlum olan obyektlərin yenidən bombalanacağı təqdirdə yeni yeraltı yığım obyektləri tikməyə çalışır.
İyun ayında "Bloomberg" Qərb kəşfiyyat agentliklərinə istinadən bildirib ki, səkkiz həftəlik atəşkəs dövründə İran müharibədən əvvəlki raket arsenalının təxminən dörddə üçünü bərpa edib. Tam istehsala mane olan yeganə şey yanacağın istehsal olunduğu zədələnmiş kimyəvi zavodlardır.









AZ
RU