Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Husilər Ər-Riyad və Yanbudakı obyektlərə zərbələr endirib -AÇIQLAMA

Husilər Ər-Riyad və Yanbudakı obyektlərə zərbələr endirdiklərini açıqlayıb
Yəmənin “Ənsar Allah” hərəkatı (husilər) Səudiyyə Ərəbistanındakı obyektlərə ballistik və qanadlı raketlər, həmçinin pilotsuz uçuş aparatları ilə zərbələr endirdiyini iddia edib.

Yenixeberorg.biz: Bunu hərəkatın hərbi nümayəndəsi Yəhya Səriya bildirib.

Onun sözlərinə görə, husilər çoxsaylı ballistik və qanadlı raketlərdən, eləcə də PUA-lardan istifadə etməklə iki əməliyyat həyata keçiriblər.

“Birinci əməliyyatda Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyaddakı xüsusi əhəmiyyətli obyektlər, ikinci əməliyyatda isə Yanbudakı “Saudi Aramco” şirkətinin obyektləri hədəfə alınıb”, – Yəhya Səriya bildirib.

Husilərin nümayəndəsi hər iki hücum nəticəsində genişmiqyaslı yanğınların baş verdiyini iddia edib. Səudiyyə Ərəbistanı tərəfinin hücumların nəticələri ilə bağlı açıqlaması barədə məlumat verilməyib.

Yəhya Səritanın sözlərinə görə, hücumlar Səudiyyə Ərəbistanının Yəmənə endirdiyi zərbələrə cavab olaraq həyata keçirilib. O iddia edib ki, Səudiyyə Ərəbistanı Hərbi Hava Qüvvələri F-15 və “Typhoon” qırıcılarından istifadə etməklə ümumilikdə 732 aviazərbə endirib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam