Redaktor seçimi
Deputat Səttar Möhbalıyevin oğlunun Dubaydakı mülkləri... –
Bakıda gənc ailənin mənzil arzusunu kabusa çevirdilər – Yenə Rauf Əliyev, yenə qalmaqal! -
Bayram Yusifov milyonluq əmlaklara necə sahib olub? –
Etibar Pirverdiyevin milyonları:
Azərbaycanlıların qlobal gizli neft ticarəti şəbəkəsi : “Zulu Shipping” və İsmayıl Qasımov -
Kardiologiya İnstitutu niyə inkişaf etmir? –
Şahin Bağırov yeni mənimsəmə metodu kəşf edib?! -
Goranboyda idarəçilik böhranı: Rayon üfunətə qərq edilib
Günün xəbəri

NATO Polşaya AWACS radar təyyarəsi yerləşdirib

“Avropa Müttəfiq Qüvvələrinin Ali Komandanı havadan erkən xəbərdarlıq və idarəetmə təyyarəsinin yerləşdirilməsinə rəhbərlik edib”

Yenixeberorg.az: NATO raket düşmə hadisəsindən sonra Polşaya AWACS havadan erkən xəbərdarlıq və idarəetmə təyyarəsinin yerləşdirildiyini elan edib və bu hadisədə Alyansın Rusiyanı günahlandırdığı bildirilib. Bu barədə NATO sözçüsü Alison Hartın NATO Mətbuat Xidməti tərəfindən yayılan açıqlamasında qeyd olunub.

Bəyanatda deyilir: "NATO səfirləri bu gün Şimali Atlantika Şurasının iclasında ötən həftə Polşanın hava məkanının pozulmasını müzakirə etdilər. Rusiya hadisəyə görə məsuliyyət daşıyır. Avropa Müttəfiq Qüvvələrinin Ali Komandanı orada NATO AWACS havadan erkən xəbərdarlıq və idarəetmə təyyarəsinin yerləşdirilməsinə rəhbərlik edib".

Həmçinin qeyd edilib ki, NATO-nun Ali Müttəfiq Qüvvələri Komandanı "bölgəyə əlavə NATO hərbi imkanlarının yerləşdirilməsini nəzərdən keçirir".

Qeyd edək ki, 20 noyabrda “Wirtualna Polska” portalı Polşa müdafiə naziri Vladislav Kosiniak-Kamışa istinadən bildirib ki, cümə səhəri iki raket və bir PUA Polşa hava məkanına daxil olaraq iki şərq voyevodluğuna düşüb. Heç kim xəsarət almayıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam