Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

“Biz NATO ölkələrini öz öhdəliklərini yerinə yetirməyə məcbur edirik”-ABŞ prezidenti

tramp

 

ABŞ NATO ölkələrini alyans çərçivəsində kollektiv müdafiə üçün üzərlərinə düşən payı ödəməyə məcbur edəcək.

Yenixeber.org:  Məlumata görə, bunu ABŞ prezidenti Donald Tramp Qarrisberq şəhərində (Pensilvaniya ştatı) tərəfdarlarının mitinqində deyib.

“Biz NATO ölkələrini öz öhdəliklərini yerinə yetirməyə məcbur edirik”, – Tramp deyib.

Onun sözlərinə görə, Vaşinqtonun NATO üzrə müttəfiqləri “milyardlarla dollar ödəməyə başlayıblar”.

Tramp qeyd edib ki: “Son 8 il ərzində ABŞ öz hərbi xərclərini 2 dəfə artırıb”. Onun sözlərinə görə, digər NATO ölkələri eyni şeyi etməyiblər. “Bu düzgün deyil”, – prezident deyib.

Admistrasiya rəhbəri “Amerika silahlı qüvvələrini bərpa etməyə” söz verib: “Amerikanın birinciliyinin saxlanması silahlı qüvvələrimizin bərpasını nəzərdə tutur. Və biz bu prosesi başlatmışıq”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam