Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

İranda koronavirusun növbəti dalğaları ilə bağlı xəbərdarlıq:"mütləq baş verəcəyinə şübhəmiz yoxdur"

İran səhiyyə rəsmisi payıza doğru koronavirusun ikinci və üçüncü dalğasının gözlənildiyi barədə xəbərdarlıqla çıxış edib.

Yenixeber.org: İSNA xəbər agentliyinə danışan yüksək rütbəli səhiyyə rəsmisi koronavirusun yeni dalğasının gözlənildiyinə şübhə olmadığını deyib.

"Bunun olacağına və mütləq baş verəcəyinə şübhəmiz yoxdur", - İran Səhiyyə Nazirinin müavini, Qida və Dərman idarəsinin rəhbəri Məhəmməd Rza Şanesaz deyib.

İran səhiyyə rəsmilərinə əsasən, bəzi əyalətlərdə, xüsusən də turizm bölgələrində son həftələrdə məhdudiyyətlərin qaldırılması koronavirusun ikinci dalğasına təkan verə bilər.

 

 Məhəmməd Rza Şanesaz koronavirusa qarşı vaksin üzərində işlərin aparıldığını deyib

Bu arada koronavirusa qarşı vaksin üzərində işlərin aparıldığı bildirilir. Məhəmməd Rza Şanesaz bu istiqamətdə bir neçə şirkətin "addım-addım irəlilədiyini" deyərək, çətinlikləri də qeyd edib.

"Amma virusun təbiətinin tam bilinmədiyi üçün vaksin istehsalının müvafiq olaraq öz mürəkkəblikləri var".

İranda koronavirusa görə 6 mindən artıq insan həyatını itirib. Virusa yoluxanların sayı 95 mini keçib.

Mayin 1-ə olan rəsmi məlumata görə, 76 mindən çox insan sağalaraq xəstəxanaları tərk edib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam