Redaktor seçimi
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Günün xəbəri

Bakıda köşkdən oğurluq etmək istəyən Gürcüstan vətəndaşı saxlanılıb

 

 Bakıda köşkdən oğurluq etmək istəyən şəxs saxlanılıb

Yenixeber.org: Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən  verilən məlumata görə, aprelin 4-də gecə saatlarında Bakıxanov qəsəbəsində xidmət aparan mühafizə polisinin əməkdaşları naməlum şəxsin köşklərdən birindən oğurluq etməsinin şahidi olublar.

Həmin cinayəti törətməkdə şübhəli bilinən şəxs hadisə yerindən qaçmaq istəyərkən mühafizə polisinin əməkdaşlarının çevikliyi sayəsində saxlanılaraq bölməyə təhvil verilib. Bölmədə onun şəxsiyyəti dəqiqləşdirilib və məlum olub ki, oğurluq etməyə cəhd göstərən şəxs Gürcüstan vətəndaşı Nicat Yolçuyevdir. Bölmədə onun üzərində şəxsi axtarış aparılan zaman 2 büküm narkotik maddə olan qurudulmuş marixuana və kəsici-deşici alətlər aşkar olunaraq götürülüb.

Saxlanılan şəxs barəsində toplanan materiallar araşdırılması üçün Sabunçu Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib.

N.Yolçuyevin başqa hansısa cinayətdə iştirak edib-etmədiyi araşdırmalardan sonra məlum olacaq.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam