Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

DTX-nın həbs etdiyi şəxsin məhkəməsində hakim özü-özünə etiraz edib


Məhkəmə etirazı təmin edib

Yenixeber.org: Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qaçaqmalçılıq yolu qanunsuz narkotik maddələri gətirməkdə təqsirləndirilən Çingiz Muradovun cinayət işi üzrə məhkəmə iclası başlayıb.

Hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Daha sonra kollegiyanın hakimlərindən biri - Eldar İsmayılov özü-özünə etiraz etdiyini açıqlayıb. O bildirib ki, Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) cinayət işini araşdıran istintaq qrupunun üzvlərindən biri onun oğlu olub.

Buna görə də hakim özü-özünə etiraz edib.

Məhkəmə etirazı təmin edib. Bundan sonra cinayət işi üzrə məhkəmə iclası hakim E.İsnayılovun iştirakı olmadan keçiriləcək.

Məhkəmənin növbəti iclası iyunun 27-nə təyin edilib.

Qeyd edək ki, Ç.Murarov qaçaqmalçılıq yolu ilə xarici ölkədən Azərbaycana qanunsuz narkotik maddə gətirməkdə təqsirli bilinir. O, DTX əməkdaşları tərəfindən saxlanılıb və məhkəmə qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam