Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

“Beynəlxalq Bank”ın əməkdaşları məhkəmədə özlərini qismən təqsirli bilib

 Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin külli miqdarda mənimsəmədə və vəzifə saxtakarlığında təqsirləndirilən Yasamal rayon filialının fiziki şəxslərlə iş şöbəsinin məsləhətçiləri - Rüfət Muradov və Anar Vəliyevin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib

Yenixeber.org: Hakim Eldar Mikayılovun sədrliyi ilə keçirilən prosesdə bankın nümayəndəsi hazırkı mərhələdə mülki iddialarının olmadığını deyib.
Daha sonra dövlət ittihamçısı ittiham aktını elan edib.
Elan olunmuş ittiham üzrə hər iki şəxs özlərini qismən təqsirli bildiklərini deyib.
Məhkəmədə R.Muradovla A.Vəliyev hazırkı mərhələdə ifadə verməkdən imtina ediblər.
Məhkəmənin növbəti iclası mayın 22-nə təyin edilib.
Qeyd edək ki, R.Muradovla A.Vəliyev vəzifədə işlədiyi dövrdə müştərilərin vəsaitini tamah yolu ilə mənimsəyərək onların, ümumilikdə, 118 min manat məbləğində pul vəsaitini ələ keçirməkdə ittiham olunur.
Hər iki şəxsə qarşı Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə, külli miqdarda törədildikdə) və 313 (vəzifə saxtakarlığı) maddəsi ilə ittiham irəli sürülüb.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam