Redaktor seçimi
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Günün xəbəri

Daha 100 neftçi işini itirdi

 

Neftin qiymətinin düşməsi “Global Energy Azerbaijan Group” (“GEA”) şirkətinə də təsir edib.

"Xeberinfo.com":  Məlumata görə, bu barədə Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatının sədri Mirvari Qəhrəmanlı məlumat verib.

M.Qəhrəmanlının sözlərinə görə, şirkətə daxil olan Neftçala Əməliyyat Şirkəti işçilərini məcburi məzuniyyətə göndərir: “Təşkilatımıza daxil olan məlumatda deyilir ki, yanvarda 100-dən artıq işçi ödənişsiz məzuniyyətə göndərilib. Fevralda da daha bir qrup məcburi məzuniyyətə göndəriləcək”.

Hüquq müdafiəçisi daha çox fəhlələrin ödənişsiz məzuniyyətə göndərilməsindən narahatçılığını bildirib: “Fəhlə məcburi məzuniyyətə göndərilir. Onların aylıq məvacibi 200-250 manat arasındadır. Lakin bu məvaciblə ailələrini dolandırırlar”.

Qeyd edək ki, “Global Energy Azerbaijan Group” Azərbaycanda quruda neft hasilatıyla məşğul olan ən böyük xarici şirkət sayılır. GEA Azərbaycanda Hasilatın Pay Bölgüsü (PSA) üzrə 5 sazişin operatorudur. Həmin sazişlər bu şirkətlər vasitəsilə idarə olunur: “Absheron Operating Company”, “Binagadi Oil Company”, “Karasu Operating Company”, “Neftechala Operating Company” və “Shirvan Operating Company”.

GEA-nın işlədiyi neft yataqlarından 10-u Abşeron yarımadasında, qalanları Kür vadisində yerləşir.

Neftçala Əməliyyat Şirkəti isə “Neftçala”, “Xıllı”, “Durovdağ” və “Bazanan”yataqlarında işləyir.

Virtualaz.org


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam