Redaktor seçimi
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Rauf Kazımovun offşor izləri, səhm maxinasiyaları ilə bağlı sensasion məlumatlar-
Günün xəbəri

BP Azərbaycanda da ixtisarlara başladı

 

Dünya bazarlarında neftin ucuzlaşmasına görə işçilərinin sayını azaltmağa qərar verən BP şirkəti Azərbaycanda da ixtisarlara başlayıb.
“BP-Azerbaijan” şirkəti işçilərindən bir hissəsini ixtisar edib, özü də qəfildən və əvvəlcədən xəbərdarlıq etmədən.
"Xeberinfo.com":  Məlumata görə, bu barədə virtualaz.org saytına Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatının sədri Mirvari Qəhrəmanlı məlumat verib.
Hüquq müdafiəçisinin sözlərinə görə, “BP-Azerbaijan” şirkətinin Təchizat Bazasında (ASKO) işdən çıxanlara bildirişlər təqdim olunmayıb. Halbuki Əmək Məcəlləsinin tələblərinə görə, işçi iki ay əvvəldən xəbərdarlıq almalıdır. Şirkət ixtisar adı ilə işçiləri qanunsuz işdən çıxarıb. Buna görə də “BP-Azerbaijan” şirkəti məhkəməyə veriləcək.
M.Qəhrəmanlı işdən çıxarılanların sayının dəqiqləşdirildiyini dedi.
Qeyd edək ki, BP bundan əvvəl Şotlandiyanın Aberdin şəhərindəki qərargahında bir neçə yüz işçini ixtisara salıb. Analitiklər bunu BP-nin neftin qiymətlərinin yaxın vaxtlarda artacağına inanmamasının sübutu kimi qiymətləndirirlər.
Aberdin ofisi BP üçün böyük əhəmiyyətə malik mərkəzdir və oradakı qərargahda 4 min işçi çalışır. Bu mənada bir neçə yüz işçinin ixtisarı çox görünməsə də rəmzi xarakter daşıyır.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam