Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Monitorinq zamanı atəşkəsin pozulmasına həmsədrdən REAKSİYA

 

ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik ATƏT-in Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində monitorinqi zamanı atəşkəsin pozulmasına münasibət bildirib.

"Xeberinfo.com":  APA-nın məlumatına görə, C. Uorlik “Twitter” hesabında yazıb ki, Dağlıq Qarabağda ATƏT-in monitorinqi yaxınlığında atəş açılması tərəflərin təhlükəsizlik təminatının açıq şəkildə pozulması deməkdir.

Qeyd edək ki, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq yanvarın 14-də Füzuli rayonunun Horadiz kəndi yaxınlığındakı qoşunların təmas xəttində keçirilən monitorinq zamanı erməni silahlı bölmələri tərəfindən Azərbaycan Ordusunun mövqeləri istiqamətində atəş açılıb.

Bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb. Məlumata görə, Azərbaycan tərəfdən monitorinqdə iştirak edən ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçisi Yevgeni Şarov bildirib ki, əvvəlcədən müəyyən edilmiş monitorinqin keçirilməsi qaydalarına uyğun olaraq Azərbaycan Silahlı Qüvvələrinin bölmələri düşmənə cavab atəşi açmayıb və monitorinqin başa çatmasına müvafiq şərait yaradılıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam