Redaktor seçimi
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Rauf Kazımovun offşor izləri, səhm maxinasiyaları ilə bağlı sensasion məlumatlar-
Günün xəbəri

Xarici şirkət məhkəməyə verildi

 

“BP-Azerbaijan” şirkətinin təchizat bazası kimi çıxış edən şirkət (ASKO) məhkəməyə verildi

 

"Xeberinfo.com":  Məlumata görə, bu barədə virtualaz.org saytına Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatının sədri Mirvari Qəhrəmanlı məlumat verib.
Hüquq müdafiəçisinin sözlərinə görə, ixtisara düşən işçilər işə bərpa və buraxılmış iş günlərinin əməkhaqqının ödənilməsi tələbi ilə iddia qaldırıblar. İşə Yasamal Rayon Məhkəməsində baxılacaq: “Yanvarın 13-də işçilərə bildiriş verilib. Əmək Məcəlləsinə əsasən, ixtisardan 2 ay əvvəl işçilərə bildiriş verilməlidir. Şirkətdən də bildiriş verilərkən martın 13-də işdən çıxarılacaqlarını bildiriblər. Lakin işçilərə elə həmin gün, yəni yanvarın 13-də işdən çıxarılmaları haqqında əmr verilib”.
M.Qəhrəmanlı dedi ki, istər Azərbaycan, istərsə də xarici şirkətlərdə ixtisarlar qaçılmazdır. Lakin ixtisarlar aparılarkən Əmək Məcəlləsinin tələblərini yerinə yetirmək, ədalət və peşəkarlıq qorunmalıdır: “Apardığımız müşahidələr isə göstərir ki, ixtisarlar zamanı peşəkarlıq deyil, qohum və tanışlıq nəzərə alınır. Buna görə də şikayətlər məhkəmələrə müraciət etmək məcburiyyətində qalırlar”.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam