Redaktor seçimi
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Rauf Kazımovun offşor izləri, səhm maxinasiyaları ilə bağlı sensasion məlumatlar-
Günün xəbəri

Tokio-2020: -Koronavirus əleyhinə tədbirlərin müzakirəsinə başlanılır

Tokio-2020: Koronavirus əleyhinə tədbirlərin müzakirəsinə başlanılır

Yaponiya hökuməti, paytaxt Tokionun rəhbərliyi, eləcə də Yay Olimpiya və Paralimpiya Oyunlarının təşkilatçıları yarışlarda koronavirusun yayılmasının qarşısını almaqdan ötrü görüləcək tədbirləri müzakirə etməyi planlaşdırırlar.  

Yenixeber.org: Bu barədə müntəzəm mətbuat konfransında Yaponiyanın Nazirlər Kabinetinin baş katibi Yosihide Suqa açıqlama verib. O bildirib ki, Oyunlarda koronavirus əleyhinə tədbirlərin təmin olunması üçün bir çox aspektə baxılmalıdır. Bura idmançı və azarkeşlərin gəlişi, testlərin aparılması, tibbi sistemin vəziyyəti və idman obyektlərinin iş vaxtı daxildir: "Bunu nəzərə alaraq, sentyabrdan müvafiq iclasların təşkili nəzərdə tutulub". 

Qeyd edək ki, Tokio Yay Olimpiya Oyunları 24 iyul - 9 avqustda keçirilməli idi. Lakin koronavirus pandemiyası ilə əlaqədar Oyunlar gələn il 23 iyul - 8 avqusta təxirə salınıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam