Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Nazir müavini etiraza qalxan cüdoçulara söz verdi: "Pul veriləcək"

 

Gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov cüdo üzrə millinin üzvləri ilə görüşüb.

"Xeberinfo.com":  Məlumata görə, Nazir müavini ilə görüşdə cüdoçular əsasən iki məqamdan narazılıqlarını dilə gətiriblər: milli üzvləri xarici ölkələrə səfər zamanı onlara gündəlik xərclərin verilməməsindən və məvaciblərinin az olmasından şikayətləniblər.

İclasda bütün cüdoçulara beynəlxalq federasiyanın reytinq cədvəlindəki mövqeyinə görə məvacib verildiyi deyilib. Buna cavab olaraq idmançılar mütəmadi olaraq yarışlara ezam olunmadıqlarından reytinqdə irəliləməyin çətin olduğunu deyiblər.

Qərara alınıb ki, bundan sonra idmançıların xarici ölkələrə səfəri zamanı gündəlik xərcləri ödəniləcək, üstəlik, məvaciblər üç ay ərzində dəyişməyəcək. Bu müddət ərzində nəticə qazana bilməyən yığma üzvlərinin məvacibinə yenidən baxılacaq, uğur qazanan idmançıların məvacibi isə artırılacaq.

İclasda cüdo üzrə yığmanın baş məşqçisi Hacıağa Hacıəhmədov, milli komandalar üzrə koordinator Ağayar Axundzadə, vitse-prezident Elnur Məmmədli də iştirak edib.

Virtualaz.org


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam