Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

"“Yaşıl dəhliz”lərin yaradılması üzrə qərar qəbul olunacaq"

trend_aydin_aliyev_170415

 

Dövlət Gömrük Komitəsi (DGK) gömrük sistemində islahatların aparılması üzrə bütün tapşırıqları tam yerinə yetirib.

Xeberinfo.com:  Trend-in məlumatına görə, bunu jurnalistlərə Komitə sədri Aydın Əliyev bildirib.
A.Əliyev deyib: “Bildiyiniz kimi, bu ilin mart ayında Azərbaycan Prezidenti gömrük sistemində islahatların davam etdirilməsi haqqında sərəncam imzalayıb. Sərəncamdan irəli gələn məsələləri həll etmək üçün bizə iki ay ayrılmışdı. Biz müxtəlif dövlət orqanları ilə birgə qərar layihələrini və normativ aktları hazırlayıb onları Nazirlər Kabinetinə və Prezident Administrasiyasına təqdim etdik”.
Onun sözlərinə görə, bir ay əvvəl DGK elektron bəyannamə üzrə pilot layihəyə başlayıb. Bu gündən isə Azərbaycan tam olaraq malların və nəqliyyat vasitələrinin elektron bəyanetmə sisteminə keçib.
A.Əliyev qeyd edib ki, yaxın vaxtlarda islahatlarla nəzərdə tutulmuş digər məsələlər də öz həllini tapacaq: “Xüsusilə yaxın vaxtlarda sahibkarların dəstəklənməsi məqsədilə gömrükdə “yaşıl dəhliz”lərin yaradılması üzrə qərar qəbul olunacaq”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam