Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Bankların mərkəzi filialları 12 gün fasiləsiz işləyəcək

1376397813-banca bank

Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) ölkənin kommersiya banklarına müraciət edib.

Xeberinfo.com:   Bu barədə “Report”a bank dairələrindən bildirilib.

Məlumata görə, müraciətdə banklardan paytaxtın mərkəzində yerləşən filialların iyunun 10-dan 21-dək (istirahət günləri də daxil olmaqla) işləməsinin təmin edilməsi tələb olunur. Həmin günlərdə işləyəcək filialların siyahısını isə banklar müstəqil şəkildə müəyyən etməlidir. Bu filialların iş vaxtı saat 09:00-dan 21:00-dək müəyyən edilib.
Qeyd edək ki, bu qərar iyunun 17-19-da Bakıda “Formula-1″ Avropa Qran-Prisinin keçirilməsi ilə əlaqədar Azərbaycana xeyli sayda xarici qonaqların gəlməsi və bank xidmətlərinə, o cümlədən, valyuta mübadiləsi əməliyyatlarına tələbatın gözlənilən artımı ilə bağlıdır.
Məsələ ilə bağlı MBNP-nın sədrinin müşaviri Rüfət Abbasov “Report”a bildirib ki, təmsil etdiyi qurum bununla bağlı sabah açıqlama yayacaq.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam