Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

“Bu il neftin qiyməti 40 dollardan aşağı enməyəcək”

cc67d8843629cc5fd139015fe2278e64

 

İranın qlobal neft bazarına qayıtması hələlik güc bölgüsünə ciddi təsir etməyib.

Xeberinfo.com:   Bu barədə “SOCAR Trading” şirkətinin rəhbəri Arzu Əzimov “Bloomberg” agentliyinə müsahibəsində deyib.
Onun sözlərinə görə, qonşu ölkənin bazara qayıdışından qorxanlar vəziyyəti şişirdir.
“Logistik çətinliklər səbəbilə İranın Avropa bazarında payı olduqca azdır. İran hələlik “SuMed” borusuna (Bu boru vasitəsilə Yaxın Şərqdəki şirkətlər Aralıq dənizinə iri həcmdə neft ixrac edə bilir) çıxışını bərpa edə bilmir”, – deyə o bildirib.
Neftin qiymətləri ilə bağlı proqnoz verən A. Əzimov deyib ki, cari ilin sonunadək “qara qızıl”ın 1 barrelinin qiymətinin 40 dollardan aşağı düşəcəyinə inanmır: “Çünki, qiymət bu həddə düşsə, ABŞ-da buruqlar bağlanacaq, beləliklə, təklif azalacaq”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam