Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

“Azərbaycan iqtisadiyyatında ümumilikdə vəziyyət çətin olaraq qalır” –BVF

bvf-3

Azərbaycan iqtisadiyyatı ortamüddətli perspektivdə ildə 2-3 faiz artım nümayiş etdirəcək.

Yenixeber.org:   Bu barədə Trend-ə Beynəlxalq Valyuta Fondunun (BVF) Azərbaycan üzrə missiyasının rəhbəri Məhəmməd əl-Qorçi deyib.

Onun sözlərinə görə, cari ildə Azərbaycan iqtisadiyyatında vəziyyət ötən illə müqayisədə daha yaxşı olacaq.

Missiya rəhbəri ötən ilin çox çətin il olduğunu qeyd edib: “Azərbaycan iqtisadiyyatı tədricən resessiyadan çıxdı, lakin ümumilikdə vəziyyət bir qədər çətin olaraq qalır. Düşünürəm ki, ölkə ÜDM-i ortamüddətli perspektivdə 2-3 faiz artmaqda davam edəcək”.

Əl-Qorçi bildirib ki, Azərbaycan iqtisadiyyatındakı cüzi resessiya ilk növbədə neftin qiymətlərinin kəskin azalması ilə əlaqədardır: “Neftin qiymətlərinin kəskin azalmasından sonra digər ixracatçı ölkələr kimi, Azərbaycan da müəyyən çətinliklərlə üzləşdi. Neftin qiymətləri çox aşağı düşdü və təbii ki, iqtisadiyyata, xüsusən də 2015-2016-cı illərdə təsir etdi. Bunun nəticəsi kimi biz 2016-cı ildə Azərbaycan iqtisadiyyatının cüzi azaldığını müşahidə etdik”.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam