Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Yanvar ayı üzrə pensiyaların maliyyələşdirilməsinə başlandı

Bakı və Sumqayıt şəhərlərində, Abşeron rayonu və Naxçıvan MR-də...

 

Yenixeber.org: Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu yanvar ayı üzrə əmək pensiyalarının maliyyə təminatının həyata keçirilməsi işlərinə başlayıb.

Yaxın günlərdə isə respublika tabeli şəhərlər və əhalisi məcburi köçkün olan rayonlar üzrə pensiyaların ödənişi həyata keçiriləcək. Eləcə də respublikanın digər rayonları, hərbi qulluqçular və xüsusi rütbəli şəxs kateqoriyasından olan pensiyaçıların pensiyalarının müvafiq qrafik əsasında maliyyələşməsi təmin ediləcək.

Ümumilikdə yanvar ayının pensiyalarının elə bu ay ərzində də ödənişi başa çatdırılacaq.

Həmçinin bu ay ərzində pensiyaçıların təqribən 94 faizinin pensiyalarının ötən ilin ölkə üzrə orta aylıq nominal əməkhaqqının illik artım tempinə uyğun olaraq indeksləşdirilərək artırılması nəzərdə tutulur. Artım pensiyanın 2019-cu ilin 1 yanvar tarixinə olan məbləğinə tətbiq olunacaq və yanvar ayının artımı fevral ayının pensiyası ilə birgə veriləcək.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam