Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

ÜTT-nin Baş katibi: "Azərbaycan ölkə iqtisadiyyatına xeyli sərmayə qoyub"

"Azərbaycan son illərdə ölkəyə xeyli sərmayə qoyub və bu, konkret və maraqlı nəticələr verir."

Yenixeber.org:   Bunu Rusiya bürosuna BMT-nin Ümumdünya Turizm Təşkilatının (UNWTO) Baş katibi Zurab Pololikaşvili deyib.

"İyul ayında təşkilatımızın ən vacib strukturlarından olan İcraiyyə Şurasının çox maraqlı toplantısını keçirdik. 35 ölkədən olan nazirlər turizm mövzusunda vacib problemləri həll etmək üçün Bakıya toplaşmışdı. Tədbir son dərəcə uğurlu oldu. Azərbaycan Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev ilə çox yaxşı dostluq münasibətlərimiz var. Ümid edirəm ki, bu sahədə əməkdaşlığımızı davam etdirəcəyik", - o bildirib.

"Bakıya səfərim zamanı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevlə görüşdüm. Görüş zamanı turizmin inkişafının perspektivli istiqamətlərini və müxtəlif turizm layihələrinin həyata keçirilməsinin xüsusiyyətlərini müzakirə etdik. Qeyd etmək istəyirəm ki, Azərbaycanın çox yaxşı turizm imkanları var və prezidentin başçılığı altında ölkə rəhbərliyi bu sahənin inkişafı üçün çox şey edir", - Z.Pololikaşvili söyləyib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam