Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

SOCAR ikinci dərəcəli layihələri dayandıracaq

 

Dünya bazarlarında neftin qiymətinin azalmasının Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) böyük bir təsiri yoxdur.
"Xeberinfo.com":  Məlumata görə, bunu SOCAR-ın geologiya, geofizika və yataqların işlənməsi üzrə birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə bildirib.
Vitse-prezidentin sözlərinə görə, neftin ucuzlaşması hasilata, qazmaya və kəşfiyyata təsir göstərməyəcək: “Dünya bazarında neftin qiymətinin aşağı düşməsi nəticəsində SOCAR hasilata, qazmaya və kəşfiyyata çəkiləcək xərclərini bir qəpik də olsun azaltmayacaq. SOCAR-ın həyata keçirdiyi bütün layihələr vaxtında yerinə yetiriləcək. Ola bilər ki, bəzi izafi xərclər azaldılacaq. SOCAR-ın həyata keçirdiyi beynəlxalq layihələrə də bunun heç bir ziyanı və zərəri olmayacaq. Ola bilər ki, ikinci dərəcəli layihələr dayandırılsın”.
X. Yusifzadə bildirib ki, bu il də hasilatın ümumi həcmi 8,3 mln. barel səviyyəsində planlaşdırılır: “Bu rəqəmi biz 3 ildir stabil saxlayırıq. Bu il də bu proqnozu yerinə yetirəcəyik”.

Mənbə: Apa


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam