Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Gürcüstan - Azərbaycandan təbii qazın idxal proqnozunu azaldıb

Gürcüstanın 2020-ci il üçün təbii qazın idxal proqnozu yenilənib.

Yenixeber.org: Bu barədə ölkənin İqtisadiyyat və Dayanıqlı İnkişaf Nazirliyindən bildirilib.

Qonşu ölkə cari ildə həm idxal, həm də yerli mənbələrdən 2,57 milyard kubmetr təbii qaz tədarük etməyi nəzərdə tutub. Bu göstərici ilkin proqnozdan (2,573 milyard kubmetr) nisbətən azdır.

İlkin proqnoza əsasən, Gürcüstan Azərbaycandan 2,385 milyard kubmetr qaz idxal etməyi planlaşdırırdı. Bu həcmin 1,511 milyard kubmetri Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR), 874 milyon kub metri isə “Şahdəniz” yatağının payına düşürdü.

Yenilənən proqnoza görə 2020-ci ildə Azərbaycandan Gürcüstana 2,348 milyard kubmetr təbii qaz daxil olacaq. Bu həcmin 1,465 milyard kubmetri SOCAR-dan, 883 milyon kub metri isə “Şahdəniz”dən əldə ediləcək.

Bu il qonşu ölkə Rusiyadan 170 milyon kub metr qaz idxal etməyi nəzərdə tutsa da, yenilənən proqnoza əsasən, bu həcm 200 milyon kub metrə qədər artırılıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam