Redaktor seçimi
Həyat yoldaşı «Yelobank»ın sahibi olan millət vəkili Sevinc Fətəliyevanın hakimlərə təzyiqinin sirri açıldı… -
"David Seliverstov“un israilli cütlüyə qarşı 200 minlik dələduzluğu –
"EVRASCON" ASC dövlətin pulun kanalizasiyalarda belə “yuyur”:
Muzey direktoru Səhiyyə Nazirliyinə qarṣı: Ya Mən, ya heç kim. 300 illik eksponat isə yoxa çıxıb –
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Günün xəbəri

Müslümov qardaşlarının adı siqaret biznesində hallanır: ÖZƏL

 

“Sobranie”, “Marlboro”, “LM slims”, “Camel” və s. bu kimi bahalı siqaretlər qardaşların kurasiyasındadır

 

Xeberinfo.com: Bu günə qədər ölkədə  siqaret biznesinə nəzarətlə bağlı müxtəlif yüksək çinli məmurların adı hallanıb. Bu sıraya daha bir ad əlavə olunur: Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Səlim Müslümov.

Nazirə yaxınlığı ilə tanınan şəxs bu istiqamətdə xeberinfo.com-a maraq doğuracaq məlumatlar verib. Məlumata görə siqaret biznesində cənab Müslümovun şəriki də var-qardaşı İsmayıllı rayon maliyyə idarəsinin rəisi Radim Müslümov. Elə qardaşların biznesinə birbaşa Radim Müslümovun sorumlu olduğu da deyilir.

Müslümov qardaşlarının bu biznesində “Sobranie”, “Marlboro”, “LM slims”, “Camel” və s. bu kimi bahalı siqaretlərin yer aldığı bildirilir. Sadalanan siqaretlərin biznesinə məhz Müslümov kimi iri ranqlı birisinin nəzarət etməsi inandırıcı görünür. Və ümumiyyətlə yüksək qiyməti ilə diqqət çəkən bu siqaret bazarında qardaşların rəqibi yoxdur. Məlum səbəblərdən sıradan iş adamlarının isə bunca gəlirli biznesə girişi mümkünsüzdür.

Bütün ölkəni bahalı siqaretlərlə təmin edən Müslümovların regionlarda da ambarları var. Doğma Ağsuda isə ambar kimi “Gözəl Ağsu” restoranının zirzəmisi seçilib. Əsas ambarın isə paytaxtın Biləcəri qəsəbəsində yerləşdiyi deyilir.

Məlumatla bağlı hörmətli Radim Müslümovla telefon əlaqəsi saxladıq. Cavabı qısa oldu: “Nə istəyirsiniz yazın, qoy gəlib yoxlasınlar” 

Mövzu diqqətimizdədir.

 

 

Malik


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam