Redaktor seçimi
Həyat yoldaşı «Yelobank»ın sahibi olan millət vəkili Sevinc Fətəliyevanın hakimlərə təzyiqinin sirri açıldı… -
"David Seliverstov“un israilli cütlüyə qarşı 200 minlik dələduzluğu –
"EVRASCON" ASC dövlətin pulun kanalizasiyalarda belə “yuyur”:
Muzey direktoru Səhiyyə Nazirliyinə qarṣı: Ya Mən, ya heç kim. 300 illik eksponat isə yoxa çıxıb –
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Günün xəbəri

“Rusiya ordusunu indiyədək müşahidə edilməyən sürətlə müasirləşdirir” –ABŞ generalından həyəcanlı bəyanat

Rusiyanın silahlı qüvvələrin müasirləşdirmə və gücləndirmə kampaniyası ABŞ və Avropa qüvvərini getdikcə daha çox riskə atır.

Yenixeber.org: Bəzi müdafiə rəsmilərinin fikrincə, Moskva yaxın müddətdə Birləşmiş Ştatlar və onun müttəfiqləri ilə qitə üzərində dominantlıq mübarizəsinə fəal qoşula bilər.

Son həftələr ərzində ən çox diqqət cəlb edən mövzulardan biri Rusiyanın öz nüvə arsenalına nümayiş etdirdiyi əminlik olub. Prezident Vladimir Putin nitqi zamanı ABŞ müdafiə sisteminin qarşısını ala bilməyəcək yeni raket sistemləri haqqında danışmışdı.

ABŞ-ın Avropa qoşunlarının komandanı, general Körtis Skaparotti cümə axşamı Vaşinqtonda qanunvericilər qarşısında çıxış edib: “Dənizdə, quruda, havada, səmimi desək, hər yerdə Rusiya ordusunu Soyuq Müharibədövründən müşahidə edilməyən sürətlə müasirləşdirir.”

General Körtis qanunvericilərə bildirib ki, Birləşmiş Ştatların bu tempə müvafiq addımlamaqdan başqa seçimi yoxdur. Skaparottinin sözlərinə görə, Arktika kimi yerlərdə Rusiyanın dominantlığı daha tez reallaşa bilər.

Amerikanın Səsi


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam