Redaktor seçimi
Beyləqan Təhsil Sektorunun müdiri haqqında iddialar:
Deputat Səttar Möhbalıyevin oğlunun Dubaydakı mülkləri... –
Bakıda gənc ailənin mənzil arzusunu kabusa çevirdilər – Yenə Rauf Əliyev, yenə qalmaqal! -
Bayram Yusifov milyonluq əmlaklara necə sahib olub? –
Etibar Pirverdiyevin milyonları:
Azərbaycanlıların qlobal gizli neft ticarəti şəbəkəsi : “Zulu Shipping” və İsmayıl Qasımov -
Kardiologiya İnstitutu niyə inkişaf etmir? –
Şahin Bağırov yeni mənimsəmə metodu kəşf edib?! -
Günün xəbəri

Əvəz Mahmud Lələdağın həyat salnaməsinə həsr olunmuş sərgi keçirilib-FOTOLAR

Sumqayıt şəhərində fəaliyyət göstərən Uşaq və Yeniyetmələrin Yaradıcılıq Mərkəzində Qərbi Azərbaycan İcmasının Sumqayıt şəhər nümayəndəliyinin təşkilatçılığı ilə Qərbi Azərbaycanlı ağsaqqal, publisist, şair və pedaqoq Əvəz Mahmud Lələdağın həyat və yaradıcılığına həsr olunmuş sərgi keçirilib.

Yenixeberorg.az: “Əvəz Mahmud Lələdağın həyat salnaməsi” adlı sərgidə ziyalının həyat və fəaliyyətinin müxtəlif dövrlərini əks etdirən zəngin materiallar nümayiş etdirilib.

Tədbirdə Qərbi Azərbaycan İcmasının Sumqayıt şəhər nümayəndəsi Ramiz İsmayılov, İcmanın Gənclər Şurasının sədri Fuad Məmmədov, şəhid anası Ruhiyyə Əhmədova, qocaman pedaqoq Sabir Məmmədov, ağsaqqallar, Qərbi Azərbaycan İcmasının üzvləri və nümayəndələri, eləcə də Uşaq və Yeniyetmələrin Yaradıcılıq Mərkəzinin kollektivi iştirak ediblər.

Sərgidə Əvəz Mahmud Lələdağın həyatının müxtəlif mərhələlərini əks etdirən fotoşəkillər, şəxsi əşyalar, müəllifi olduğu kitablar, mətbu orqanlarında dərc olunan yazıları və çıxışları, aldığı təltiflər, fəxri fərmanlar və digər tarixi əşyalar nümayiş etdirilib.

Tədbirdə Əvəz Mahmud Lələdağın zəngin yaradıcılıq irsi, publisistik fəaliyyəti və pedaqoji fəaliyyəti barədə məlumat verilib. Çıxışlarda onun Azərbaycan ədəbiyyatına, təhsilinə və ictimai-mədəni həyatına verdiyi töhfələr vurğulanıb.

Qeyd olunub ki, belə sərgilərin keçirilməsi görkəmli ziyalıların həyat və fəaliyyətinin yaşadılması, onların irsinin gələcək nəsillərə çatdırılması və gənclərin milli-mənəvi dəyərlər ruhunda formalaşması baxımından mühüm əhəmiyyət daşıyır.

Sərgi iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb.



Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam