Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

"Azneft" rəhbərliyi ziyanın faturasını FƏHLƏYƏ KƏSİB... —BELƏ DƏ OLMALI İDİ...

 "28.08.2022-ci il tarixində səhər saatlarında “Azneft” İB-nın “Neft Daşları” NQÇİ-nin 1541 saylı estakadayanı meydançasında istismar quyusunda aparılan təmir işləri zamanı quyu açıq fontana keçmişdi".
Yenixeber.org: Bu barədə tanınmış insan hüquqları müdafiəçi, “Neftçilərin Hüquqlarının Müdafiə Təşkilatı” (NHMT) İctimai Birliyinin sədri Mirvari Qəhrəmanlı paylaşım edib.
M.Qəhrəmanlı daha sonra yazır: "Bununla əlaqədar aparılan araşdırmalar sona çatdı və Neft Daşlarında aşağıdakı vəzifə yerdəyişmələri oldu:

1. MMTX-nin rəisini müavin elədilər.
2. MMTX-nin rəis müavinini mədən müdürü elədilər.
3. Həmin mədən müdürünü özül rəis müavini elədilər.
4. Həmin özül rəis müavinini MMTX-nə rəis təyin elədilər.
5. QƏYTS-in rəisini müavin elədilər.
6. Həmin müavini briqada ustası elədilər.
7. Briqada ustasını isə QƏYTS-nə rəis elədilər.
8. İşlənmə şöbəsinin rəisini müavin elədilər.
9. Baş geoloqu qoydular işlənmə şöbəsinə rəis.
10. Deyilənə görə Baş geoloq qıraqdan gələcək.
11.Fontan vaxtı orada olan QƏYTS-nin baş ustasını da briqada ustası elədilər.
12. Fəhlələrin də maaşlarının 25 faizi kəsildi".

DİA.AZ bildirir ki, bütünları qeyd edən M.Qəhrımanlı arada maaşlarının 4-də 1-dən olan fəhlələrin cəzasına aşağıdakı kimi şərh edib:

"Yaxşı qurtarıblar..."
Yenixeber.org olaraq qarşı tərəfi dinləməyə hazırıq.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam