Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Güclü yağış Orduabadda fəsadlar törədib -qaya parçaları yola tökülüb

 

Güclü yağış Ordubad rayonunda cidd fəsadlar törədib.

Yenixeber.org xəbər verir ki, bu gün Ordubad rayonuna yağan güclü yağış nəticəsində Tivi kənd avtomobil yoluna sel gəlib.

Sel sularının yolları yuması və özü ilə bərabər lil, qaya parçaları gətirərək yolun hərəkət hissəsini doldurması nəticəsində bəzi hissələr yararsız hala düşüb.

Nəticədə Tivi kəndi ilə qonşu yaşayış məntəqələri arasında nəqliyyat əlaqəsi müvəqqəti olaraq dayandırılıb.

Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyinin əməkdaşları əraziyə cəlb edilib. Ərazidə əlavə təhlükəsizlik tədbirləri görülərək qısa müddət ərzində hərəkətin fasizləsizliyi təmin olunub, torpaq və daş kütləsi yoldan təmizlənib.

Hazırda yolun zədələnmiş hissəsində bərpa və möhkəmləndirmə işləri görülür.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam