Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

İmişli Rayon İcra Hakimiyyətinin nümayəndəsi Ülvi Abbasova rüşvət iddiası -ŞİKAYƏT/VİDEO

İmişli sakini İcra Hakimiyyəti nümayəndəsindən ŞİKAYƏTÇİDİR - VİDEO

İmişli rayonu, Qaragüvəndikli kənd sakini Əhmədzadə Rafiq İxtiyar oğlu tərəfindən redaksiyamıza şikayət məktubu daxil olub.

Yenixeber.org: Şikayətçi bildirir ki, İmişli Rayon İcra Hakimiyyətinin nümayəndəsi Ülvi Abbasov rüşvətlə insanlara arayış verir:

“Mən, Əhmədzadə Rafiq İxtiyar oğlu, yazaraq sizdən xahiş edirəm ki, müraciətimi işıqlandırasınız.

Bildirim ki, İmişli Rayon İcra Hakimiyyətindən heç bir sənədi pul vermədən almaq olmur. Bunun sübutunu sizə videolarla təsdiq edə bilərəm.

Biabırçı vəziyyətdir, imkan var, ya yox, düşünmürlər. Ancaq "ver" deyirlər.

Mən sizin sayt vasitəsilə səlahiyyətli qurumlardan xahiş edirəm, Ülvi Abbasovun işi barəsində bir tədbir görülsün.

Çəkdiyim video-görüntüləri sizlərə təqdim edirəm".

Məsələ ilə bağlı İmişli Rayon İcra Hakimiyyətinin nümayəndəsi Ülvi Abbasovla əlaqə saxladıq. O bildirdi ki, barəsində səslənən ittihamlar qərəzli və qurmadır: "İş hüquqi qüvvəsini artıq tapıb. Məsələ ilə bağlı aidiyyəti qurum - Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi araşdırma aprıb və nəticə barəsində isə tədbir görmüşdür".(Hurriyyet")  


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam