Redaktor seçimi
Həyat yoldaşı «Yelobank»ın sahibi olan millət vəkili Sevinc Fətəliyevanın hakimlərə təzyiqinin sirri açıldı… -
"David Seliverstov“un israilli cütlüyə qarşı 200 minlik dələduzluğu –
"EVRASCON" ASC dövlətin pulun kanalizasiyalarda belə “yuyur”:
Muzey direktoru Səhiyyə Nazirliyinə qarṣı: Ya Mən, ya heç kim. 300 illik eksponat isə yoxa çıxıb –
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Günün xəbəri

Belarus Türk Şurasına qoşulur? - Lukaşenkonun Bakı səfərinin hədəfi

Belarus Türk Şurasına qoşulur? -  Lukaşenkonun Bakı səfərinin hədəfi

"Belarus Prezidenti Aleksandr Lukaşenkonun son prezident seçkilərindən sonra ilk xarici səfərini Azərbaycana etməsi maraqlıdır. Bayden-Putin qarşıdurmasından nəsibini alacaqlar siyahısında ilk sıralarda olan Lukaşenko çətin vəziyyətə düşüb. Bayden təzyiqi, Putin Rusiya-Belarus “birləşməsi”ni ehtiva edən “dərin inteqrasiya”nın gerçəkləşməsi tələbini artıracaq. Xüsusilə Donbasdakı gərginlik fonunda Moskva Belarus planını tezləşdirmək niyyətindədir. Son seçkilərdə yaşananlar isə göstərdi ki, belaruslular rus xəttinə müsbət baxmırlar və bu, ABŞ üçün müdaxilə imkanı yaradır".

Yenixeber.org: Bu barədə siyasi şərhçi Asif Nərimanlı bildirib.

O qeyd edib ki, Rusiya və ABŞ arasında qalan Lukaşenko üçün hər iki seçim “sağ qalmaq perspektivi vəd etmir:

"Lukaşenko üçüncü seçim axtarışındadır. Bu, türk yolu da ola bilər. Lukaşenkonun ilk xarici səfərini Bakıya etməsinin əsas hədəfi Türk Şurasına üzv (ilkin mərhələdə müşahidəçi kimi) olmaqdır. 

1. “Rus ittifaq”larında yer alan türkdilli ölkələrin Türk Şurasına üzv olması Minsk üçün presedent yaradır;

2. Lukaşenko Bakı və Ankara üzərindən Qərblə münasibətlərini düzəltmək, ən azından təzyiqləri zəiflətmək şansı əldə edə bilər;

3. Rusiyanın “dərin interqsiya” tələbini geri çevirmək, ən azından təxirə salmaq üçün Moskvaya alternativinin olduğu mesajını verir;

4. Rusiyaya qarşı beynəlxalq çağırışlar fonunda Moskvanın yanında görünmək istəmir;

5. Qarabağ müharibəsindən sonra, daha doğrusu, yeni geosiyasi reallıqda yüksələn türk birliyinin qapısı Batka üçün “sağ qala bilmək” seçimidir;

Bu kontekstdə Ərdoğanın dediyi “tam və müşahidəçi qismində Türk Şurasına qatılmaq istəyən ölkələr” arasında Belarusun da olduğu ehtimalı böyükdür.

Əliyevlə Lukaşenkonun qeyri-rəsmi görüşündən çəkilmiş foto isə özündə çox şeyi ifadə edir".


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam