Redaktor seçimi
Həyat yoldaşı «Yelobank»ın sahibi olan millət vəkili Sevinc Fətəliyevanın hakimlərə təzyiqinin sirri açıldı… -
"David Seliverstov“un israilli cütlüyə qarşı 200 minlik dələduzluğu –
"EVRASCON" ASC dövlətin pulun kanalizasiyalarda belə “yuyur”:
Muzey direktoru Səhiyyə Nazirliyinə qarṣı: Ya Mən, ya heç kim. 300 illik eksponat isə yoxa çıxıb –
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Günün xəbəri

PAŞİNYAN ERMƏNİLƏRİ BAŞA SALMAĞA ÇALIŞIR:“Qarabağın son statusu onun müstəqilliyi anlamını daşımır”

Ermənistanın Baş naziri Nikol Paşinyan ötən gün parlamentdə keçirilən dinləmələrdə onu ittiham edən müxalifətə sərt cavab verib.

Yenixeber.org: Qarabağın taleyilə bağlı danışan Paşinyan ondan əvvəlki hakimiyyəti (indiki müxalifəti-red.) Qarabağın mümkün son statusuyla bağlı erməni cəmiyyətinə yalan məlumatlar verməkdə günahlandırıb. Baş nazir qeyd edib ki, Azərbaycan tərəfilə danışıqlarda Qarabağın Azərbaycandan kənar hər hansı statusa malik olması müzakirə mövzusu olmayıb: “Qarabağın yekun statusu mütləq şəkildə Qarabağın müstəqilliyi anlamını daşımır. Bundan başqa, danışıqlar prosesində Qarabağın statusuna dair referendumun harada keçirilməsilə bağlı heç nə qeydə alınmayıb. Orada xeyli incə məqamlar var”.

Paşinyanın dediyinə görə, erməni cəmiyyətində belə bir rəy yaradılıb ki, guya Qarabağın son statusu mütləq onun müstəqilliyi deməkdir və ardınca, deputatlardan soruşub: “Kim deyib bunu? Yekun status sadəcə, hansısa müəyyən statusu nəzərdə tutur”. Baş nazir bir daha müxalifətə və cəmiyyətə üzünü tutaraq, ötənilki müharibənin qaçılmaz olduğunu bildirib və işin bu yerə çatmasınnda özündən əvvəlki hakimiyyəti günahlandırıb: “Mən deyirəm ki, müharibənin qarşısının alınmasının yeganə yolu Qarabağın yekun statusu müəyyən edilmədən torpaqların qaytarılması idi.”

Paşinyan bildirib ki, ondan əvvəlki hakimiyyət hətta nəzəri cəhətdən də Qarabağın Azərbaycandan kənarda mövcudluğuna imkan yeri qoymayıb. Baş nazir qapalı iclas keçirilməsini təklif edib və dediklərilə bağlı bütün sənədləri ortaya qoymağa hazır olduğunu qeyd edib.

Göründüyü kimi, Paşinyan və onun hakimiyyəti getdikcə daha əsaslı şəkildə erməni cəmiyyətini Qarabağla bağlı boş xülyalardan vaz keçməyə, ayılmağa doğru istiqamətləndirir. Və bu yanaşmanı ermənilər nə qədər tez dərk və qəbul etsələr, bir o qədər özləri üçün yaxşıdır.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam