Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Rusiya Ukraynanı bölmək üçün Polşaya müraciət etdi

 

“Ukrayna yalnız mərkəzi hissədən ibarət olmalıdır”

Rusiya Dövlət Dumasından Polşa Xarici İşlər Nazirliyinə Ukraynanın bölünməsini nəzərdə tutan rəsmi məktub göndərilib.

 
   "xeberinfo.com"  Polşanın TVP1 kanalına istinadən xəbər verir ki, Rusiyanın Liberal Demokratlar Partiyasının lideri, Dövlət Dumasının sədr müavini Vladimir Jirinovski Polşaya Ukraynanın Volın, Lvov, İvano-Frankovsk, Ternopol və Rovno vilayətlərində həmin ərazilərin Polşaya mənsub olması ilə bağlı referendum keçirməyə təklif edib.
 
Polşa XİN bu təklifdən hiddətlənib və bu cür bəyanatları “qəribə” adlandırıb. Eyni “təklifləri” Macarıstan və Rumıniya da alıb. Onlara müvafiq olaraq Zakarpatye və Çernovtsı vilayətlərini özlərinə birləşdirmək təklif olunur.
 
Ukraynaya isə yalnız mərkəzi hissə qalmalıdır.
 
Qeyd edək ki, bundan əvvəl V. Jirinovski Dövlət Dumasının tribunasından Ukraynanın parçalamasına çağırıb.
 
O bildirib ki, Kiyev heç vaxt dövlətin federallaşmaya razılaşmayacaq, çünki bu halda Kiyev heç nəyi idarə edə bilməyəcək.
 
O vurğulayıb ki, Ukraynanın dövlət qurmaq cəhdləri tarix boyu uğursuzluqla nəticələnib.  


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam