Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Türkiyənin 35 diplomatı siyasi sığınacaq istəyib - Almaniyadan

almaniya-parlamentTürkiyədə Fətullahçı Terror Təşkilatının (FETÖ) 15 iyul uğursuz dövlət çevrilişi cəhdindən sonra Almaniyadan siyasi sığınacaq istəyən türk diplomatların sayı açıqlanıb.

Xeberinfo.com:  Bu barədə Almaniya Daxili İşlər Nazirliyi nin müşaviri Günter Krings Yaşıllar Partiyasında millət vəkili seçilmiş Özcan Mutlunun sorğusuna cavab olaraq bildirib.

Onun sözlərinə görə, Türkiyənin 35 diplomatı və onların ailə üzvləri siyasi sığınacaq almaq üçün Almaniya Federal Qaçqın və Köçkünlər Dairəsinə (BAMF) müraciət edib. Onların tələbləri federal məhkəmələr və prokurorluq tərəfindən ayrı-ayrılıqda dəqiqliklə araşdırılır, məhkəmələr Almaniya və Türkiyənin də qoşulduğu Ekstradisiya haqqında Avropa Konvensiyası əsasında qərar verəcək.

Qeyd edək ki, Almaniya KİV-ləri iki həftə əvvəl Türkiyənin bu ölkədəki 8 diplomatının FETÖ ilə əlaqəsi olması səbəbindən diplomatik pasportlarının ləğv edildiyi və onlardan 3 nəfərinin də hökumətə sığınacaq üçün müraciət etdiyini yazmışdı.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam