Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

"Ən azından mütəffiq dediyimiz dövlətlərə bu yaraşmır" -Türkiyə prezidenti

erdogan

“Onlara dost deməyə dilim gəlmir”.

Xeberinfo.com:    “Anadolu” agentliyinə istinadən xəbərə görə, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ölkəsinin xarici dövlətlərdəki səfirlərinin 9-cu toplatısında deyib.

Rəsmi Ankaranın Qərbdəki müttəfiqlərini sərt formada tənqid edən prezident qeyd edib ki, Türkiyədə adı “qara siyahı”da olan FETÖ-çu (Fətullahçı Terror Təşklilat – “Report”) şəxsi ABŞ-da rektor təyin ediblər: “Bu necə olur? Avropa dəyərlərinin bu dərəcədə ayaqlar altına atılmasının səbəblərini anlamırıq. Suriyalı qaçqınlardan sığınacaq əsirgəndiyi halda, FETÖ və PKK qruplaşmasnın terrorçularına bu haqq qızıl məcmeyidə verilir. Onlar dövlət çevirlişi edənlərə və terrorçulara sahib çıxırlar. Əlbəttə, belə bir mənzərə qarşısında onlara dost deməyə dilim gəlmir. Ən azından mütəffiq dediyimiz dövlətlərə bu yaraşmır”.
Qeyd edək ki, yanvarın 8-dən Ankarada Türkiyənin xarici ölkələrdəki səfirlərinin 9-cu konfransı keçirilir. “2023-ə doğru: Milli dəyərlər və qlobal hədəflər” adlı tədbirdə terrora qarşı mübarizə məsələsi də müzakirə edilir.
Konfransda Avropa İttifaqına hazırda sədrlik edən Maltanın xarici işlər naziri Corc Vella, Gürcüstanın xarici işlər naziri Mixeil Canelidze, Tunisin xarici işlər naziri Xemais Jinau, Finlandiyanın xarici işlər naziri Timo Soyni, Beynəlxaq Miqrasiya Təşkilatının baş direktoru Leys Svinq də iştirak edirlər.
Toplantı yanvarın 14-də başa çatacaq.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam