Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

"Ermənistan ATƏT-i şantaj etməklə məşğuldur" –Müdafiə Nazirliyi

MN

"ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, martın 1-də Ağdam rayonunun Çəmənli kəndi istiqamətində yerləşən Azərbaycan və Ermənistan qoşunlarının qarşıdurma xəttində keçirilən monitorinqin insidentsiz başa çatması beynəlxalq missiya tərəfindən təsdiqini tapıb".

Yenixeber.org:  Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətindən Ermənistan mətbuatının guya Azərbaycan tərəfinin monitorinq zamanı ATƏT-in missiyasını ön mövqelərə çıxarmaması barədə xəbərlə bağlı bildirilib.

Mətbuat xidmətindən qeyd olunub ki, Ermənistan tərəfi də monitorinqin müəyyən edilmiş qrafikə uyğun keçirilməsi və atəşkəs rejiminin pozulmaması barədə xəbər yaysa da, Azərbaycan tərəfinin guya ATƏTin missiyasını təmas xəttinə çıxarmadığını bildirib.

"Bir daha bildiririk ki, monitorinqin keçirilməsi mexanizminə uyğun olaraq, beynəlxalq müşahidəçilər əvvəl rabitə sonra isə vizual əlaqə yaradaraq nə vaxt, hansı nöqtədə olmalarını, eləcə də digər detalları özləri müəyyən edir və monitorinqin bitməsini orada iştirak edən səhra köməkçiləri özləri təsdiq edirlər.

Erməni tərəfi mütəmadi olaraq buna bənzər böhtan xarakterli yalan məlumatlar yaymaqla beynəlxalq qurumları şantaj etmək, onların fəaliyyətinə kölgə salmaq və etimadına xələl gətirmək məqsədini güdür", – deyə məlumatda vurğulanır.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam