Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Ordumuz Fizuli və Ağdam rayonları istiqamətində xeyli irəliləyib

 

 

"Xeberinfo.com": Musavat.com-un cəbhə bölgəsi və müdafiə nazirliyindəki mötəbər qaynaqlardan əldə etdiyi məlumatlarda iddia olunur ki, Silahlı Qüvvələrimiz bir sıra mövqelər üzrə irəliləyiblər. Qaynağımızdan biri Silahlı Qüvvələrin 4-5 avqust gecəsində həyata keçirdiyi əməliyyatı obrazlı olaraq, belə ifadə edib: “Qəfil hərəkət, sıfır itki, mövqe irəliləməsi”... 
Musavat.com bildirir ki, bu qəbildən olan məlumatda daha böyük iddialar var, lakin onları dəqiqləşdirmək  imkanına sahib deyilik. O səbəbdən də yayınlamırıq. Hazırda müdafiə nazirliyi xətti ilə sərhəd döyüş nöqtəsində olan Azərbaycan jurnalistləri də bu barədə hələlik heç bir açıqlama vermirlər. Onlardan biri isə özünün Facebook səhifəsində bunları yazıb: “Yovşan etri, Qarabağ havası, torpağımla, bayrağımla, əsgərimlə bir arada... Qürur duydum! Her şey əla olacaq!”
Hər şey əla olmadan bir an öncə onun xəbərini vermək missiyası daşıyan musavat.com bildirir ki, cəbhə xəttindəki gəlişmələrdən əlavə bilgilər veriləcək.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam