Redaktor seçimi
Həyat yoldaşı «Yelobank»ın sahibi olan millət vəkili Sevinc Fətəliyevanın hakimlərə təzyiqinin sirri açıldı… -
"David Seliverstov“un israilli cütlüyə qarşı 200 minlik dələduzluğu –
"EVRASCON" ASC dövlətin pulun kanalizasiyalarda belə “yuyur”:
Muzey direktoru Səhiyyə Nazirliyinə qarṣı: Ya Mən, ya heç kim. 300 illik eksponat isə yoxa çıxıb –
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Günün xəbəri

Rusiyalı politoloq:"Serj Sarqsyanın gedişi heç nəyi həll etməyib" - ŞƏRH

 

 

"Ermənistanda hər şey sərt qarşıdurmaya doğru getsə, ölkədaxili münaqişə Cənubi Qafqazregionunun sabitliyinə təsir göstərə bilər."

 

Yenixeber.org: Bunu Rusiya bürosuna Rusiya Strateji Araşdırmalar İnstitutunun (RSAİ) elmi əməkdaşı Konstantin Tasits bildirib.

"Serj Sarqsyanın gedişi heç nəyi həll etməyib. Vəziyyət birmənalı deyil: Respublikaçılar Partiyası parlamentdə çoxluğu saxlayır və baş nazir vəzifəsini icra edən də bu partiyanın nümayəndəsidir. Paşinyan və Karapetyan arasında keçiriləcək danışıqların yekunu olaraq müxalifətin güzəştə gedib-getməyəcəyi, hökumətdə əsas dəyişikliyin olub-olmayacağı və ya tam fərqli ssenari olacağı barədə danışmaq mümkün olacaq", - K.Tasits vurğulayıb.

Rusiyalı ekspert xatırladıb ki, N.Paşinyan və onun ətrafı Yerevanda baş verən əvvəlki siyasi böhranlarda həmişə Qarabağ məsələsində Azərbaycana heç bir güzəşt olunmamasını tələb edən radikalları dəstəkləyib.

"Etirazları xarici təhdidlərlə azaltmaq cəhdləri var. Bu, baş verərsə, cəmiyyəti birləşdirmək asan olacaq və daxili fikir ayrılıqları arxa plana keçəcək", - K.Tasits əlavə edib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam