Redaktor seçimi
Həyat yoldaşı «Yelobank»ın sahibi olan millət vəkili Sevinc Fətəliyevanın hakimlərə təzyiqinin sirri açıldı… -
"David Seliverstov“un israilli cütlüyə qarşı 200 minlik dələduzluğu –
"EVRASCON" ASC dövlətin pulun kanalizasiyalarda belə “yuyur”:
Muzey direktoru Səhiyyə Nazirliyinə qarṣı: Ya Mən, ya heç kim. 300 illik eksponat isə yoxa çıxıb –
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Günün xəbəri

Paşinyan proqramını açıqladı –Sarkisyan rejimindən fərqli heç nə yoxdur



Ermənistanın yeni hökumətinin proqramı hazırdır və 7 iyunda parlamentin müzakirəsinə çıxarılacaq. Proqramın əsas tezislərini diqqətlə oxudum. Yeni heç nə yoxdur.

 Yenixeber.org: Məsələn, proqramın xarici siyasət və Dağlıq Qarabağ hissələrində bunlar yazılıb: “Ermənistan Dağlıq Qarabağın təhlükəsizliyinə cavabdehdir”, “Danışıqlarda bizim üçün Dağlıq Qarabağın statusu əsasdır”, “Dağlıq Qarabağ təmsilçiləri danışıqlarda iştirak etməlidirlər”, “Ermənistan hökuməti beynəlxalq aləmdə erməni soyqırımının tanınması siyasətini aparacaq”, “Rusiya ilə müxtəlif sahələrdə strateji tərəfdaşlıq davam edəcək”. Bu barədə “Atlas! Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu bildirib.

Ekspert qeyd edib ki, proqramda ABŞ və Avropa İttifaqı ilə əməkdaşlığın vacibliyindən də danışılır: “Üstəlik proqramın ana xətlərindən biri də Ermənistanın Gürcüstan və İranla əməkdaşlığını dərinləşdirməsinin vasibliyinin göstərilməsidir. Uzaq Çin, Hindistan və Yaponiya ilə siyasi və iqtisadi ələqələrin inkişafı vacibliyi də unudulmayıb”.

E.Şahinoğlu bildirib ki, bütün bu maddələr Nikol Paşinyanın devirdiyi Serj Sarkisyanın proqramında da olub. “Guya Serj Sarkisyan Avropa İttifaqı ilə əməkdaşlıq etmək istəmirdi, yoxsa qonşuları Gürcüstan və İranla əməkdaşlığa önəm vermirdi? Bunlar hamısı olub, ancaq olduğu halda Ermənistan iqtisadiyyatını və Serj Sarkisyanın özünü xilas etməyib. Əsas proqram deyil, Paşinyanın atacağı addımlara Rusiyanın necə reaksiya verəcəyidir”.

Ekspert daha sonra qeyd edib ki, Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Nyu-Yorkda gün keçirib “BMT qətnamələri yerinə yetirilməlidir” təkrarlamaqdansa Ermənistandakı və Dağlıq Qarabağdakı prosesləri diqqətlə izləyib, buna uyğun gedişlər fikirləşməlidir.(strateq.az)

Turqut


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam