Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Bu deputatlar yenidən deputat olmaq istəyirlər-Siyahı

 

Bu deputatlar yenidən öz namizədliklərini irəli sürdülər - Siyahı

Növbədənkənar parlament seçkilərində iştirak edəcək bitərəf deputatlardan bəziləri hakim Yeni Azərbaycan Partiyasının (YAP) siyahısını gözləmədən iddialarını ortaya qoyub. 

Azay Quliyev bu barədə “Twitter” hesabında yazıb. “Milli Məclisdə şərəflə təmsil etdiyim 8 saylı Binəqədi birinci seçki dairəsindən yenidən deputatlığa namizədliyimi irəli ürməyə qərar verdim”, -deyə o bildirib.

Adil Əliyev isə namizəd olacağını “Facebook” hesabında bəyan edib: “Ya Allah! Dostlar, çox saylı seçicilərimin, müraciətlərini nəzərə alıb, Nərimanov rayonu 20 saylı, 2- ci seçki dairəsindən, inşallah yola davam edəcəm”.

Məlumatlara görə, artıq 25 ildir deputat olan Madər Musayev də növbəti dəfə parlamentdə təmsil olunmaq istəyir. Onun  10 saylı Binəqədi üçüncü seçki dairəsindən namizəd olacağı bildirilir. İddialara görə, Madər Musayev artıq imzatoplama kampaniyasına start verib.

Həmçinin, Böyük Quruluş Partiyasının başqanı Fazil Mustafa da 26 saylı Sabunçu seçki dairəsindən öz namizədliyini irəli sürüb.

Bitərəflərdən Qənirə Paşayevanın, Çingiz Qənizadənin, Səttar Mehbalıyevin, Mahir Aslanovun, Ülvi Quliyevin, Fəttah Heydərovun, Zahid Orucun da seçkilərə qatılacağı bildirilir. 

Məlumat üçün deyək ki, adıçəkilən şəxslər bundan əvvəlki seçkilərə də bitərəf kimi qatılıblar. YAP onların namizəd olduğu dairəni boş buraxıb. Yəni, həmin dairələrdən namizəd irəli sürməyib. Həmin dairələrdə hakim partiyanın resursları bu şəxslərin qalib gəlməsi üçün istifadə edilib. 

Bu dəfə də belə olacağı bəlli deyil. Yuxarıda qeyd etdiyimiz kimi hakim partiya hələ siyahını açıqlamayıb. Lakin bəzi məlumatlara görə, iddialarını ortaya qoyan bitərəflər YAP-ın xeyir-duası ilə namizəd olacaqlarını açıqlayıblar


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam