Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

"Azərbaycandakı bütün hotellərin fəaliyyəti lazımi səviyyədə deyil"

 

Azərbaycandakı bütün turizm şirkətləri və hotellərin fəaliyyəti lazımi səviyyədə deyil.

 

"Xeberinfo.com":  Trend-in məlumatına görə, bunu Mədəniyyət və Turizm Nazirliyinin Turizm şöbəsinin müdiri Aydın İsmiyev bu gün Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər sərgisinin (AITF-2015) açılış mərasiminə həsr olunmuş mətbuat konfransında çıxışında deyib.
 

Onun sözlərinə görə, hazırda Azərbaycanda 284 turizm şirkəti, 535 hotel var. Lakin xidmət səviyyəsi nə turizm şirkətləri, nə də hotellərdə qaneedici səviyyədədir.
 

A.İsmiyev bildirib ki, Bakıda keçiriləcək Avropa Oyunlarına hazırlıq vəziyyətinin araşdırılması məqsədilə hotellərdə monitorinqlər aparılıb və bundan sonra da aparılacaq. Mədəniyyət və Turizm Nazirliyi Fövqəladə Hallar Nazirliyi ilə birgə hotellərin təhlükəsizlik məsələlərini öyrənmək üçün monitorinqlər keçirib.
 

Şöbə müdiri qeyd edib ki, Avropa Oyunları ilə əlaqədar ölkəmizə gələcək qonaqların sayı ilə bağlı dəyərləndirmələr aparılmasa da, onların yerləşdirilməsi ilə əlaqədar problemin olacağı gözlənilmir.

 

Hotellərin qiymətlərinə gəldikdə, A.İsmiyev deyib ki, son 3-4 ildə Bakıda dördulduzlu hotellərin sayı artıb. Hazırda onlarda bir günlik yerləşdirmənin qiyməti 70-80 manatdir ki, bu da normal qiymət hesab oluna bilər.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam