Redaktor seçimi
Həyat yoldaşı «Yelobank»ın sahibi olan millət vəkili Sevinc Fətəliyevanın hakimlərə təzyiqinin sirri açıldı… -
"David Seliverstov“un israilli cütlüyə qarşı 200 minlik dələduzluğu –
"EVRASCON" ASC dövlətin pulun kanalizasiyalarda belə “yuyur”:
Muzey direktoru Səhiyyə Nazirliyinə qarṣı: Ya Mən, ya heç kim. 300 illik eksponat isə yoxa çıxıb –
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Günün xəbəri

“Dodo” qəzetinin 3 illik buraxılışı kitab şəklində nəşr edildi-FOTOLAR

 


 Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində “Dodo” qəzetinin (2017-2020) 3 illik buraxılışının kitab şəklində nəşri münasibətilə tədbir keçirilib.

Yenixeber.org: Tədbiri giriş sözü ilə açan BBMM-in analitika şöbəsinin müdiri Rəşad İlyasov qonaqları salamlayaraq, görüş haqda məlumat verib. Daha sonra çıxış edən BBMM-in müşaviri professor Aytən Qəhrəman Azərbaycandakı tolerant və multikultural mühit, eləcə də “Dodo” qəzetinin timsalında ölkəmizdə bütün milli və dini icmalar üçün yaradılan şərait  haqqında danışıb. Tədbirdə Prezident Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin aparıcı məsləhətçisi Anar Əlizadə, Talış İcmasının ağsaqqalı İmamverdi Həmidov,  Alban-Udi Xristian İcmasının sədri Robert Mobili, “Samur” Ləzgi Milli Mədəni Mərkəzinin sədri İmran Rzayev, “Azərbaycan-İraq Mədəni Əlaqələr” İctimai Birliyinin sədri Tahirə Məmmədova, “Etnoqlobus” Araşdırma Mərkəzinin rəhbəri Gülnarə İnanc, Vineyard kilsəsinin pastoru Emil Pənahov, Qubanın Cek kəndinin sakini, psixoloq Əlhəddin Paşayev, eləcə də bir çox milli icma nümayəndələri iştirak ediblər. Çıxış edənlər “Dodo” qəzetinin tarixçəsi, onun kitab halında nəşrinin əhəmiyyəti və Azərbaycanın multikulturalizm siyasətinin töhfələri haqda danışıblar. Tədbirin sonunda  “Dodo” qəzetinin təsisçisi və baş redaktoru  İradə Məlikova çıxış edərək, iştrakçılara öz minnətdarlığını bildirib.

Qeyd edək ki, “Dodo” qəzeti ayda  bir dəfə talış dilində çıxan ictimai qəzetdir. Qəzetin ilk 2 səhifəsində dövlət tərəfindən keçirilən tədbirlərə geniş yer ayrılır. Eyni zamanda, ziyalılar haqqında məlumatlar verilir. Qəzetin digər səhfələrində isə talış folkloruna aid nümunələr: atalar sözləri, deyimlər, yanıltmaclar, nağıllar, hekayələr, rəvayətlər, tapmacalar, şeirlər, qəzəllər, bəhri-təvillər, eləcə də talış dilinin qrammatikası, lüğətlər, nəşr edilmiş kitablar, talış mədəniyyətinə aid müxtəlif mövzular işıqlandırılır.

 

 

 

 

 

 

 

 

 

 

   


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam