Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Qida nəhəngi “Azərsun Holdinq” təhlükəli kolbasa satışına göz yumur? -DE-FAKTO

Qida nəhəngi “Azərsun Holdinq” təhlükəli kolbasa satışına göz yumur?

Xəbər verildiyi kimi, ötən il Rusiya nəzarət orqanları bildirib ki, “Starodvorskie kolbasa” şirkətinin kolbasalarında qadağan olunmuş ət yapışqanı – mikrobial transqlutaminaz aşkarlanıb. Şirkət “Vyazanka”, “Starodvorye”, “Soçinka” və “Yadryona kopot” brendləri altında məhsullar istehsal edir.

Ferment əzələ toxumasını bir-birinə “yapışdırmaq” və aşağı keyfiyyətli məhsulların teksturasını yaxşılaşdırmaq üçün istifadə olunur. Bundan əlavə, üyüdülmüş balıq ətindən krevetka və krab çubuqları hazırlamaq üçün də tətbiq edilir.

Yenixeber.org: “Starodvorye”yə məxsus məhsullar Azərbaycanda “Azərsun Holdinq”ə aid “Bazarstore” mağazalarında satılır. Qiymətlər belədir:

STARODVORYE SOSİSKA MOLOCNIYE ZAVTRAK KQ – Endirimli: 13.89 ₼

STARODVORYE SOSİSKA DATSKIYE KQ – Normal: 15.89 ₼

STARODVORYE SOSİSKA 400 Q MOLOCNIYE ZAVT – Endirimli: 6.99 ₼, Normal: 7.89 ₼

STARODVORYE KOLBASA 350 Q LEVANTSKIY – Normal: 8.99 ₼

STARODVORYE KOLBASA 400 Q DOKTOR ORIGINA – Normal: 7.99 ₼

Departament məlumatına görə, 2023-cü ildə belə hallar 25-ə çatıb, 2022-ci illə müqayisədə iki dəfə artıb. 2024-cü ilin ilk yarısında isə artıq 28 hadisə qeydə alınıb.

2023-cü ildə, bir sıra idxalçı ölkələrin baytarlıq-sanitariya tələblərinə uyğunsuzluq səbəbindən Rosselxoznadzor “Starodvorskie kolbasa” QSC-nin yoxlama hesabatlarını ləğv edib və şirkətin hazır ət məhsullarının Abxaziya, Azərbaycan, Gürcüstan, Özbəkistan, Ukrayna, Tacikistan, Türkmənistan, Monqolustan, Vyetnam, BƏƏ və Seyşel adalarına ixracına məhdudiyyət qoyub.

Qeyd edək ki, “Bazarstore” MMC-nin hüquqi ünvanı Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, 1129-cu məhəllədir. Şirkətin qanuni təmsilçisi Ebrahim Samadidir.

“Azərsun Holdinq”in Müşahidə Şurasının sədri  Əhməd Gözəldir (Ahmet Gozal). O bu vəzifəyə yanvarın 18-də atası Abdolbari Gozalin dünyasını dəyişməsindən sonra gəlib. 

Abdulbari Gözəli əvəzləyəcək şəxs məlum oldu - EKSKLÜZİV 

Ə.Gozal “Azərbaycan Sənaye Bankı”nın rəhbəridir. O, bankın Müşahidə Şurasının Korporativ İdarəetmə Komitəsinin sədri vəzifəsini tutur.

Grows On Tree - The Business Year

“Azərsun Holdinq”in qanuni təmsilçisi isə şirkətin idarə heyətinin üzvü olan Mehmet Savaş Uzandır.

Xatırladaq ki, daha əvvəl “Bazarstore” barədə Dövlət Vergi Xidməti tərəfindən AKT tərtib edilməsi barədə xəbər vermişdik.(32gün.az)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam