Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Şamaxı və Ağsu TƏBİB-(lər)i  xəstəni yenidən  komaya salıb -10 ilin şəkər, ürək, “Parkinson” xəstəsinə icbari tibb(siz) sığorta “qayğısı”

Şamaxı Rayon Mərkəzi Xəstəxanasına direktor TƏYİNATI

TƏBİB-in Ağsu və Şamaxı birliklərinin baxımsızlığından, xəstəni yox, ciblərini güdmələrindən xəstə komaya düşüb

Bu iddia Yenixeber.org- daxil olmuş şikayətdə yer alır:

 10 ildən çoxdur ağır şəkər, hipertoniy, ürək, Parkinson xəstəsi , Ağsu rayonu, Pirhəsənli kənd sakini Samir Xasayevin sağlamlıq durumu yenidən kritik həddə çatıb, xəstə dörd gündür komaya düşüb. Hamısı da TƏBİB-in Ağsu və Şamaxı birliklərinin baxımsızlığından, xəstəni yox, ciblərini güdmələrindən. Xəstəni keçən il ağır durumda- xərəkdə Şamaxı RMX-ya həkim komissiyasına aparan ailə üzvləri orada İslam adlı “ekspertin” özbaşınalığı ilə üzləşib. Xərəkdə inləyən xəstəyə baxmadan İslam “həkim” (dırnaq işarəsi mütləqdir, çünki həkim xəstəyə baxandır, bunlar isə baxmaqdan belə imtina edir) ƏƏSMN-ə forma-88 göndərməkdən imtina edib ki, 180-200 arası qan təzyiqi, ağır şəkərdən qıçları, gözləri tutulan “Parkinson” xəstəsində əlillik əlamətləri yoxdur!(??) Bir ildən çoxdur xəstənin ailə üzvləri TƏBİB-i ailə başçısının ağır durumuna diqqət etməyə yönəldə bilmir. Bu da sonuc, xəstə yenidən ağır durumda – komadadır. Ağsu RMX 4 gündür onu həyata qaytarmağa çalışır. Amma baxımsızlıq, vaxtlı-vaxtında dərmanların verilməməsi insanları ölümə sürükləyir. Təsəvvür edin, xəstənin  doğmaları komada olan ailə başçısının durumundan hüquq orqanlarına, Səhiyyə Nazirliyinə, TƏBİB-ə, İTS DA-ya (İcbari TİBBSİZ Sığorta Dövlət Agentliyinə) təcili tədbir görülməsinə müraciət edib, İTS anında  TƏBİB-ə müraciət etməyi məsləhət görüb.(?). Bəyəm özü TƏBİB-ə müraciət edə bilməz? Elə belə “diqqət”in, tibbi xidmət özbaşınalığının nəticəsidir ki, xəstələr komaya düşür, ölümə tərk edilirlər. “Ekspert məsləhətçilər” isə xəstənin yox, ciblərinin qayğısına qalır.

Ümid edirik ki, ali dövlət hakimiyyəti orqanları xəstənin həyatda qalması üçün diqqətini əsirgəməz.

PİR HƏSƏNLİ

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam