Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Sulutəpədə neft ərazisində qanunsuz obyekt inşa olunur – Elxan Allahverdiyev gözlərini geniş açmalıdır

Sulutəpədə neft ərazisində qanunsuz obyekt inşa olunur –
Məlum olduğu kimi, paytaxtın həlli vacib problemlərindən biri də Bakıətrafı qəsəbələrdə qanunsuz tikililər və onların yerli infrastruktura yaratdığı maneələrdir. Bu problem Binəqədi rayonunun bəzi ərazilərində də qabarıq şəkildə özünü göstərir və aidiyyəti qurumlar tərəfindən həll olunmadığı üçün media tribunasına çıxır.
Yenixeber.org: Binəqədi rayon Sulutəpə qəsəbəsi Ruslan Allahverdi küçəsi, 100 ünvanda yaşayış evi sökülərək, yerində bütün əlamətlərindən qeyri-yaşayış obyekti olacağı bəlli olan inşaat işi aparılır (video-çəkiliş əlavə olunur).
Ümumiyyətlə, sözügedən ərazi Dövlət Neft Şirkətinə məxsusdur. Burada əvvəl başdan təyinatından asılı olmayaraq, tikinti işlərinin aparılması qanunsuz olub. Səlahiyyət sahibi olan orqanların – Binəqədi Rayon İcra Hakimiyyətinin, SOCAR-ın, Fövqəladə Hallar Nazirliyinin Tikintiyə Nəzarət Dövlət Agentliyinin keçmiş vəzifəli şəxslərinin nəzarətsizliyi hesabına əvvəl necə həmin ərazidə qanunsuz fərdi yaşayış evi tikilmişdisə, onların xələflərinin, yəni hazırki məmurların da özbaşınalığa göz yumması ucbatından qeyri-yaşayış obyekti inşa edilir.
Nəzarətedici funksiya daşıyan (və hətta qanun tələb etmədikdə də belə bir funksiyanı öz üzərinə götürən) vəzifəli şəxslər sırasında ilk növbədə Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı cənab Elxan Allahverdiyev gedir. Heç kəsə sirr deyil ki, həyətində bir taxtaya mismar vuranın, bir daşın üstünə daş qoyanın belə qapısını RİH-nin emissarları döyür, “görüm-baxım” tələb edirlər. Qanuni torpaq sahəsində bütün tikinti parametrləri tələblərə uyğun, dürüst layihəli ev tikən şəxsdən qanunla yerli İcra Hakimiyyətini sadəcə məlumatlandırması tələb olunsa belə, yenə vətəndaş incidilir. Belə olan halda neft ərazisində çəkdiyimiz misaldakı kimi böyük qanunsuzluğun sadəcə səhlənkarlıq üzündən diqqətdən yayınması inandırıcı görünmür. Aydın məsələdir ki, burada başqa maraqlar rol oynayır.
Elxan Allahverdiyev rayonda baş alıb gedən qanunsuz tikililəri görmürsə, gözlərini geniş açmalı, ifşa olunan həmkarlarının aqibətindən ibrət götürməlidir.(nyus.az)

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam