Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Abdin Fərzəliyev iş adamı Rəğbətlə necə razılaşdı? Masazırda qanunsuz tikinti… -VİDEO

Abdin Fərzəliyev iş adamı Rəğbətlə necə razılaşdı? Masazırda qanunsuz tikinti… -

Xəbər verdiyimiz kimi  Masazırda qanunsuz tikinti işləri aparılır.

Yenixeber.org: Abşeron rayonu Masazır qəsəbəsində  “Soliton Masazır” mağazasının arxa küçəsində qanunsuz tikinti işləri davam etdirilir.

Son zamanlar Abşeron rayonu ərazisində  rəsmi icazə olmadan qanunsuz tikinti işlər aparılması ilə bağlı məlumatlar dərc olunur.

Qanunsuz tikinti aparılması ilə bağlı televiziyalarda belə videosüjetlər hazırlanır, lakin  Dövlət Şəhərsalma və Arxektura Komitəsi Abşeron rayon ərazisində belə tikintilərə görməzdən gəlir. 

İddialara  görə ərazidə bina inşa edilir. Tikinti ərazisində heç bir məlumat lövhəsi olmadığı halda inşa işləri qanunsuz aparıldığı bildirilir.  Qeyd edək ki, tikinti barədə Dövlət Şəhərsalma və Arxektura Komitəsinin bazasında hər hansı bir məlumat yoxdur.


Qanunsuz tikinti ilə bağlı  Abşeron rayon İcra Hakimiyyətinin açıqlamasında  bildirilib ki, RİH tərəfindən rayon ərazisində qanunsuz tikinti işlərinə qarşı mütəmadi nəzarət və mübarizə tədbirləri həyata keçirilir. Qeyd edilən məsələ ilə əlaqədar araşdırmanın aparılması üçün RİH-in Memarlıq və Tikinti Şöbəsinə, həmçinin RİH başçısının Masazır kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə müvafiq tapşırıqlar verilmişdir. Məsələnin qanunamüvafiq şəkildə araşdırılması və nəticələri barədə zəruri tədbirlər görüləcəkdir.

Lakin artıq 10 gündür heç bir zəruri tədbir görülmədən qanunsuz tikinti işləri davam etdirilir və Rəğbət adlı tikinti icracısı  icazəni icra başçısı Abdin Fərzəliyevdən almışam deyə bildirir.

İnanırıq ki, Dövlət Şəhərsalma və Arxektura Komitəsi  və Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən bu kimi halların qarşısı alınacaq.(Xalq.online)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam