Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Abşeron Gənclər Şəhərciyinə gedən yolu da satdılar?-VİDEOFAKT



Abşeron rayonunda qanunsuz tikinti bumu artıq yeni “yol kəsmə” mərhələsinə keçib. Rayon ərazisində fəaliyyət göstərən biznesmenlər gördükləri bütün boş əraziləri alaraq biznes obyektinə çevirir. Bunlar azmış kimi, məhəllə yollarına da əl qoyurlar. 


Yenixeber.org: Daxil olan videogörüntünün Abşeron rayonu Gənclər Şəhərciyinə aparan yol olduğu bildirilir. Sakinlərin verdiyi məlumata görə, artıq həmin yol da kəsilir, daş hasara alınır, obyektə çevrilməsi planlaşdırılır.

Videodan da göründüyü kimi, söhbət iki obyektin arxa hissəsindən keçən yoldan gedir və hazırda yolun bağlanması istiqamətində işlər aparılır. Maraqlıdır, bu yol kəsmə əməliyyatı kimin göstərişi ilə və hansı əsasla, kim tərəfindən və hansı sənədlə həyata keçirilir?

Məsələ ilə bağlı hər hansı rəsmi açıqlama verilmir. Üstəlik Abşeron rayon İcra Hakimiyyəti sorğuları cavablandırmadığı üçün mövqe almaq da mümkün deyil.

İddialara görə, bu yolun bağlanması fövqəladə hallar zamanı ərazinin daha da keçilməz olmasına səbəb ola bilər. Rayonun icra başçısı Abdin Fərzəliyevin bu proseslərə niyə müdaxilə etmədiyi sual və maraq doğurur.

Eyni zamanda, fövqəladə hallarda operativ müdaxilə imkanları baxımından məsul qurumların, o cümlədən Kəmaləddin Heydərovun rəhbərlik etdiyi strukturun və şəhərsalma sahəsinə cavabdeh qurumların da mövqeyi maraqlıdır.

Amma təəssüflər olsun ki, bütün qurumlar susur, yollar hasarlanır, satılır…(Xalq.online) 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam